HAQQIMIZDA
"ASAN Könüllüləri" Gənclər Təşkilatı İctimai Birliyi
"ASAN Könüllüləri" Gənclər Təşkilatı İctimai Birliyi — ASAN könüllülərini təşəbbüsü ilə yaradılmış qeyri-hökumət təşkilatıdır. 19 dekabr 2013-cü ildə Azərbaycan Respublikasının I qurultayında Təşkilatın əsasının qoyulması təşəbbüsü irəli sürülüb. 29 dekabr 2013-cü ildə isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.
"ASAN Könüllüləri" Gənclər Təşkilatı İctimai Birliyi yarandığı gündən Respublikada aparılan gənclər siyasətinin ən böyük dəstəkçilərindən biri olmuşdur. "ASAN Könüllüləri" Gənclər Təşkilatı İctimai Birliyi müəyyən etdiyi əsas missiya könüllülərin inkişafına şərait yaratmaqla dövlətimizin dayanıqlı inkişafı üçün çalışan, cəmiyyətə faydalı gənc vətəndaşlar qazandırmaqdır.
Əsas istiqamətlərimiz:
Şəxsi inkişaf
Sosial
Vətənpərvərlik
Mədəniyyət
Beynəlxalq
Həmçinin;
● Gənclərin inkişafına töhfə verməkdir;
● Dövlətin dayanıqlı inkişafında çalışan gənclər qrupu formalaşdırmaqdır;
● Könüllülərin yaradıcı potensialının inkişaf etdirilməsi üçün imkanlar yaratmaq, ideyalarının reallaşdırılmasına dəstək olmaq, cəmiyyətdə özünəməxsus yer tutmalarına şərait yaratmaqdır;
● Gənclərin ictimaiyyətdə gedən proseslərdə iştirakçılığını artırmaqdır;
● Vətənpərvərlik hisslərinin və dövlətçilik dəyərlərinin yüksəltməkdir;
● Gənclərin təşəbbüslərinin bütün sahələrdə stimullaşdırmaqdır;
● Ölkənin maraqlarını qoruyan vətəndaş cəmiyyətinin formalaşmasına dəstək olmaqdır.
Tarixi
"ASAN xidmət" mərkəzlərinin də strukturuna daxil olduğu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradıldıqdan sonra "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən könüllülərin vahid mərkəzdə birləşdirilməsi, könüllülərin inkişafına şərait yaratmaqla dövlətimizin dayanıqlı inkişafı üçün çalışan, cəmiyyətə faydalı gənc vətəndaşlar qazandırmaq məqsədi ilə “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyi təsis edilmişdir. 16 dekabr 2014-cü il tarixində Sabirabad şəhərinin Heydər Əliyev mərkəzində ASAN Könüllülərinin I Ümumrespublika Forumu həyata keçirilib. Forumun məqsədi ölkəmizdə son illərdə könüllülük fəaliyyətinin həyata keçirilməsi istiqamətində dövlət qayğısının nümayiş etdirilməsi, “ASAN xidmət” mərkəzlərində çalışan könüllülər üçün tətbiq olunan yeniliklərin müzakirəsi, “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin gələcək fəaliyyəti üçün rəy və təkliflərin formalaşdırılmasıdır.
19 Dekabr 2013-cü ildə təsis edilmiş "ASAN Könüllüləri" Gənclər Təşkilatı İctimai Birliyi vətənpərvərlik, təhsil, ekologiya, sosial, mədəniyyət, eləcə də fərdi inkişaf sahələri üzrə 5500-dən çox təlim, 850-dən çox yerli və beynəlxalq layihə icra edərək 100 000-dən çox gənci əhatə edib. 10 il ərzində 27 mərkəz üzrə 36.000-dən çox könüllü fəaliyyət göstərib. Bütün layihələr, görülən işlər gənclərin inkişafına, ideyalarının reallaşdırılmasına, bununla da onların cəmiyyətdə özünəməxsus yer tutmalarına şərait yaradıb. "ASAN Könüllüləri" Gənclər Təşkilatı İctimai Birliyinin Qurultayları:
● I QURULTAY — 16 Dekabr 2013-cü il
● II QURULTAY — 21 May 2016-cı il
● III QURULTAY — 1 Sentyabr 2020-ci il
● IV QURULTAY — 12 İyul 2023-cü il