"AVO MUN"
"ASAN Könüllüləri" Gənclər Təşkilatı İctimai Birliyinin təşkilatçılığı, ADA Universiteti, "ADA MUN" Club və BMT-nin İnkişaf Proqramının (UNDP) dəstəyi ilə ADA Universitetində gənclərin siyasi, sosial, ekoloji biliklərinin hərtərfli inkişaf etdirilməsi məqsədilə "AVO MUN" layihəsi baş tutub. Layihənin keçirilməsində əsas məqsəd gəncləri müxtəlif təlimlərə cəlb etməklə onlarda natiqlik, liderlik, komandayla iş qabiliyyətini artırmaq, gənclərin fərdi inkişafına təkan verib, siyasi biliklərini və sosial bacarıqlarını sərgiləmələrinə imkan yaratmaqdır. BMT-nin simulyasiyası əsasında baş tutmuş layihədə 16–25 yaş aralığında 70-ə yaxın gənc iştirak edib.