"TÜRKSOY-un I Beynəlxalq Simulyasiyası"

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və "ASAN Könüllüləri" Gənclər Təşkilatı İctimai Birliyinin təşkilatçılığı ilə "Gənclər Paytaxtı 2019" seçilən Şamaxı şəhərində həyata keçirilən "TÜRKSOY-un I Beynəlxalq simulyasiyası" layihəsinin məqsədi müxtəlif türk dövlətlərindən olan gənclərin vahid ideologiya ətrafında birləşməsini təmin etməkdir. Qədim və bənzərsiz tarixə malik türk mədəniyyətinin nümayiş olunduğu "TÜRKSOY-un I Beynəlxalq simulyasiyası" layihəsində iştirakçılar tərəfindən mədəni inkişaf sahəsindəki xalqların problemləri və onların həlli yolları müzakirə olunub, qanun layihələri hazırlanıb. Həmçinin ölkələrin mədəniyyət nümunələri də sərgilənib. Layihədə 6 müxtəlif ölkə, 8 türk topluluğundan olan 20, qeydiyyatdan keçmiş və müsahibə mərhələsi uğurlu hesab edilən isə 30 olmaqla, ümumilikdə 50 gənc iştirak edib.

https://website-api.asanvolunteers.az/storage/86/54437278_2058769944177406_1054270173151756288_n.jpg
https://website-api.asanvolunteers.az/storage/101/54256965_2058306950890372_2350690520847613952_n.jpg
https://website-api.asanvolunteers.az/storage/103/54435845_2060193690701698_1770638673373560832_n.jpg
https://website-api.asanvolunteers.az/storage/115/54514860_2060193830701684_3704891334159499264_n.jpg