“ASAN Teatr III”
“ASAN Teatr III” layihəsi baş tutub![]()
“ASAN Teatr III” layihəsi “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dəstəyi ilə baş tutub.
Azərbaycan Respublikası Gənclər Fondunun “İdeyanı reallaşdır” fərdi qrant müsabiqəsinin qalibi Şəbnəm Novruzovanın “ASAN Teatr III” layihəsi həyata keçirilib.
“ASAN Teatr III” layihəsi çərçivəsində 4 tamaşa səhnələşdirilib.
Tamaşalar dəyərli yazıçılarımız Sabit Rəhmanın “Xoşbəxtlər” əsəri, Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” əsəri, Nəcəf bəy Vəzirovun “Daldan atılan daş topuğa dəyər” əsəri və dəyərli bəstəkarımız Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərinin eyniadlı əsərlərindən ərsəyə gəlib.
Tamaşalarda 30 ASAN könüllüsü və 10 Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitemin tələbəsi iştirak edib.
Qeyd edək ki, tamaşalar 600-dən çox auditoriyanın iştirakı ilə baş tutub.