Çingiz Abdullayev ilə görüş
"Milli və mənəvi dəyərlər" layihəsi davam edir.
"ASAN Könüllüləri" Təşkilatının "Mədəniyyət Carçısı" proqramının təşkilatçılığı və Baku Book Center'in dəstəyi ilə Azərbaycan detektiv yazıçısı, nasir, publisist, Azərbaycan Respublikasının xalq yazıçısı Çingiz Abdullayev ilə görüş baş tutub.
Qeyd edək ki, "Detektiv janr" mövzusunda keçirilən görüşdə Çingiz Abdullayev könüllülərlə yaradıcılığına aid müzakirələr aparıb və könüllülərin suallarını cavablandırıb.