Erhan Ufakla görüş
“Milli və mənəvi dəyərlər” layihəsi davam edir!
“ASAN Könüllüləri” Təşkilatının 1 saylı Bakı “ASAN xidmət” mərkəzi üzrə nümayəndəliyinin təşəbbüsü ilə “Milli və mənəvi dəyərlər” layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin və Türk Sanat Akademiyasının dəstəyi ilə türk aktyoru, görkəmli sənət xadimi Erhan Ufakla görüş baş tutub.
Görüşdə “Aktyorluq fəaliyyəti” mövzusunda söhbət aparılıb, könüllülərin sualları cavablandırılıb.