“Ölülər”

“ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramının təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində böyük dramaturq Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında qurulan tamaşa səhnəyə qoyulub.

DTX Mədəniyyət Mərkəzində baş tutan tamaşada Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Gənclər Fondunun İcraçı direktorunun müavini Orxan Ərəbov, “ASAN Könüllüləri” Təşkilatının sədri Anar Musaev və digər təşkilat rəhbərləri və nümayəndələri iştirak edib.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ümummilli Lider Heydər Əliyevin böyük dramaturq Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında söylədikləri fikirləri əks etdirən video izlənilib.

Tamaşanın nümayişindən sonra könüllülər təltif ediliblər və xatirə şəkli çəkdirilib.

https://website-api.asanvolunteers.az/storage/394/369167393_641751021438577_347849694380860405_n.jpg
https://website-api.asanvolunteers.az/storage/396/369251728_641751181438561_9073731390176785595_n.jpg
https://website-api.asanvolunteers.az/storage/398/369260042_641750798105266_9159263907005447904_n.jpg
https://website-api.asanvolunteers.az/storage/400/382130760_641750931438586_6570390729480004431_n.jpg
https://website-api.asanvolunteers.az/storage/402/382130843_641751491438530_6623512582762858163_n.jpg
https://website-api.asanvolunteers.az/storage/404/386090438_641751041438575_1848620154461641225_n.jpg
https://website-api.asanvolunteers.az/storage/406/386092312_641751531438526_4419839865710644915_n.jpg