Ömər Eldarovla görüş
“Milli və mənəvi dəyərlər” layihəsi davam edir.
“ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramı çərçivəsində tanınmış heykəltaraş, “Heydər Əliyev” ordeni laureatı və Dövlət mükafatları laureatı Ömər Eldarovla görüş baş tutub.
Görüş çərçivəsində heykəltaraşlıqdan, hazırladığı heykəllərin tarixindən, Heydər Əliyevlə olan görüşlərindən bəhs edilib və könüllülərin sualları cavablandırılıb.
Qeyd edək ki, “Heykəltaraşlıq” mövzusunda həyata keçirilən görüş 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin təşkilatçılığı ilə baş tutub.