“ASAN Könüllülərinin Diskussiya Platforması”

“ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə “ASAN Könüllülərinin Diskussiya Platforması”nın növbəti görüşü Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin BA Proqramlarının (BA Programs ASOIU) direktoru, "Zadə irsi və süni intellekt" Assosiasiyasının prezidenti, professor Rafiq Əliyev ilə baş tutub.

Görüş "Gənclər və texnoloji innovasiyalar: Rəqəmsal sənaye və yeniliklər" mövzusunu əhatə edən söhbət çərçivəsində aparılıb.

Qeyd edək ki, dəyərli professorumuz gənclərlə söhbəti zamanı dahi şəxsiyyət Lütfi Zadə elmi irsindən, süni intellektin gələcək dünyamıza təsirlərindən danışıb, Azərbaycan gənclərinə xitabən öz tövsiyələrini bölüşüb.

Görüşdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, həmçinin 170 nəfərə yaxın ASAN xidmət əməkdaşı və könüllüləri iştirak ediblər.

https://website-api.asanvolunteers.az/storage/752/397489407_658873746392971_8613857285950139838_n.jpg
https://website-api.asanvolunteers.az/storage/754/397508808_658873649726314_2731643700699943687_n.jpg
https://website-api.asanvolunteers.az/storage/756/397539679_658873696392976_4493970150391543431_n.jpg
https://website-api.asanvolunteers.az/storage/758/397553483_658876876392658_669841171685007588_n.jpg
https://website-api.asanvolunteers.az/storage/760/397578212_658873616392984_2718701261902341215_n.jpg
https://website-api.asanvolunteers.az/storage/762/397580601_658873673059645_7237025783007600252_n.jpg