“Dinamik Gənclik Həftəsi II”
“ASAN Könüllüləri” Təşkilatı “Dinamik Gənclik Həftəsi II” layihəsini reallaşdırıb.
Əsas məqsədi gənclərin maarifləndirilməsi və onların asudə vaxtlarının səmərəli keçirilməsi olan layihə 1 həftə davam edib.
Qeyd edək ki, layihə çərçivəsində gənclər arasında intellektual oyunlar, musiqi gecələri, ekskursiyalar, müxtəlif təlimlər və maarifləndirici görüşlər keçirilib.