"Könüllülər Parlamenti - Azərbaycan"
Azərbaycan Respublikasının Milli Məclisi və "ASAN Könüllüləri" Gənclər Təşkilatı İctimai Birliyinin birgə əməkdaşlığı ilə "Könüllülər Parlamenti — Azərbaycan" layihəsinin əsas məqsədi ölkə gənclərinin siyasi, sosial, ekoloji və hüquqi biliklərini hərtərəfli inkişaf etdirilməsi üçün onlara dəstək vermək, vətəndaş mövqeyini ifadə etməyi stimullaşdırmaqdır. Ölkədə qanunvericilik hakimiyyətini həyata keçirən Milli Məclis qanun yaradıcılığı, Konstitusiya ilə müəyyən edilmiş digər önəmli fəaliyyətləri həyata keçirir. "Könüllülər Parlamenti — Azərbaycan, 2019" layihəsi Milli Məclisin nümunəsi əsasında təşkil olunub və iştirakçılara bu təcrübədən yararlanaraq müxtəlif mövzular ətrafında müzakirələr aparmaq, siyasi təhlil bacarıqlarını göstərmək imkanı təmin olunur. Bu layihə ilə gənclərin siyasi, qanunvericilik proseslərində iştirakı təmin olunur. Layihədə 1300-ə yaxın gənc iştirakçı olmaq istəyib. Onlardan 50-si iştirakçı seçilib. Dörd gün davam edən layihə çərçivəsində gənclər qanunvericilik prosesini öyrənib, özləri qanun layihələri hazırlayıb komitələrin müzakirəsində iştirak edib, deputatlarla görüşüblər.