"Könüllülər Yurdu - Azərbaycan"
"Könüllülər Yurdu-Azərbaycan" layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Gənclər Fondu, "ASAN Könüllüləri" Gənclər Təşkilatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Layihənin məqsədi region gəncləri arasında könüllülüyün təbliği, onların asudə vaxtlarını daha düzgün qiymətləndirmələri istiqamətində təbliğat, gənclərin fərdi və intellektual inkişafına təkan verilməsi, mövcud imkanlar barədə məlumatlandırılma, o cümlədən könüllülük hərəkatının ölkəmizdə daha geniş vüsət almasını stimullaşdırmaqdır. Ən son 2019-cu ildə icra edilmiş layihənin açılış mərasimi Cocuq Mərcanlı kəndində baş tutub. Layihə 15 şəhər və rayon olmaqla, ümumilikdə 45 regionu və 2500-ə yaxın gənci əhatə edib.