“Qarabağ üçün əl-ələ”

"ASAN Könüllüləri" Təşkilatı və Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş ASAN İnnovativ Həllər Hakatonu həyata keçirilmişdir. “Qarabağ üçün əl-ələ” adlı hakaton Gənclər Fondunun, ASAN İnnovativ İnkişaf Mərkəzinin, ASAN Radionun və “Başkent” restoranlar şəbəkəsinin dəstəyi ilə baş tutmuşdur. Hakaton Qarabağın yenidən qurulması istiqamətində könüllülərin, gənclərin yeni ideya və həllərini ortaya çıxarmaq, onları bir araya gətirmək məqsədilə təşkil olunmuşdur. 2 gün ərzində 15 könüllü və gənclər təşkilatını təmsil edən 60 iştirakçı “ASAN xidmət” mərkəzi “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, ASAN İnnovativ İnkişaf Mərkəzi, “Bilim Bakı” mərkəzi ilə tanış olmuş, sahə üzrə ekspertlərin iştirakı ilə panel görüşlər və təlimlərdə iştirak etmişdir. 

https://website-api.asanvolunteers.az/storage/199/396715781_656899056590440_5470791639105691388_n.jpg
https://website-api.asanvolunteers.az/storage/201/396727846_656899209923758_7622952878220470769_n.jpg
https://website-api.asanvolunteers.az/storage/203/397416833_656899023257110_9031056345102633644_n.jpg
https://website-api.asanvolunteers.az/storage/205/397445153_656898976590448_267795917551561798_n.jpg
https://website-api.asanvolunteers.az/storage/207/398290085_656964256583920_1490378306804711720_n.jpg
https://website-api.asanvolunteers.az/storage/209/398727677_18397118737061214_8598406413883258234_n.jpg
https://website-api.asanvolunteers.az/storage/211/398729179_656964589917220_8510027313269851957_n.jpg
https://website-api.asanvolunteers.az/storage/213/398839103_18397118779061214_3634860224061097340_n.jpg