“Şuşa üçün yarat”
“Şuşa üçün yarat” müsabiqəsi eyniadlı layihə çərçivəsində baş tutub. “Heydər Əliyev İli” çərçivəsində gerçəkləşən layihə “ASAN xidmət”in, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı, Gənclər Fondunun maliyyə dəstəyi, ASAN İnnovativ İnkişaf Mərkəzinin və “ABAD”ın tərəfdaşlığı ilə həyata keçirilib. 80 gənc arasında gerçəkləşən müsabiqənin əsas məqsədi iştirakçıların innovasiya yönümlü potensiallarının aşkarlanması, onlar arasında komanda ruhu və quruculuğu, ideya formalaşdırma bacarıqlarının inkişaf etdirilməsi, həmçinin gənclərə vətənpərlik ruhunu aşılamaq olmuşdur. Layihə çərçivəsində “Şuşanı tanıt” komanda quruculuğu oyunları, Ulu öndər Heydər Əliyevə həsr olunmuş intellektual yarış və “Şuşa üçün yarat!” ideya müsabiqəsi baş tutub.