“ASAN Məktub” sosial proqramı kiçik qəlbləri sevindirməyə davam edir!
“ASAN Məktub” sosial proqramı kiçik qəlbləri sevindirməyə davam edir!
“ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramı və TƏBİB-in birgə əməkdaşlığı ilə Gəncə regionundan olan 46 uşağın və Yevlax regionundan olan 30 uşağın arzusu reallaşdırılıb.
Gəncə və Yevlax regionundan olan kiçik dostlarımıza “Sevinc paylaşdıqca çoxalır” deyərək öz istəklərinə uyğun hədiyyələr təqdim olunub.
Siz də www.asanmektub.az saytı vasitəsilə məktub öhdəliyə götürüb kiçik dostlarımızı sevindirə bilərsiniz!