“ASAN Məktub - Yaz Düşərgəsi”
“ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan “ASAN Məktub - Yaz Düşərgəsi”nin bağlanış mərasimi baş tutub.
28-31 may tarixlərində Şamaxı rayonunda həyata keçirilən “ASAN Məktub - Yaz Düşərgəsi” boyunca layihə iştirakçıları əyləncəli və interaktiv vaxt keçirməklə yanaşı, sosial və yaradıcılıq bacarıqlarını da inkişaf etdirib.
“Sevinc paylaşdıqca çoxalır” şüarı ilə həyata keçirilən düşərgənin bağlanış mərasimində uşaqlara hədiyyələr təqdim olunub.
Qeyd edək ki, layihə həssas qrupa aid uşaqların bacarıqlarını inkişaf etdirmək, cəmiyyətə adaptasiya olmalarını təmin etmək məqsədi ilə reallaşdırılıb.
Baş sponsor: “Qala Sığorta” ASC
Dəstəkçilər: “SİMART” Sağlam İnkişaf Platforması, “Innovasiyalar Mərkəzi”, “Bilim Bakı” mərkəzi, Azərbaycan Skautlar Assosiasiyası, ”Özünü Yarat Ebru sənət mərkəzi” MMC
Media dəstəkçiləri: ASAN Radio, ASAN TV