“Bir sifariş – Bir sevinc” layihəsi
"ASAN Könüllüləri" Təşkilatı və Coca -Cola Fondu COVİD-19 pandemiyasının təsirinə məruz qalan aztəminatlı ailələri ziyarət ediblər.
Layihənin tərəfdaşı olan Wolt qida çatdırılması tətbiqində yaradılmış “Bir sifariş – Bir sevinc” (Buy one, donate one) bölməsində xüsusi menyudan edilən hər bir sifariş müqabilində Coca-Cola və ASAN Könülləri bir ailəyə ərzaq yardımı çatdırıblar.
2 ay müddətində davam edəcək bu kampaniya vasitəsilə 7000-dən artıq aztəminatlı ailəyə ərzaq yardımı çatdırılması nəzərdə tutulub və hər ərzaq paketinə 18 adda müxtəlif ərzaq məhsulları daxil edilib.
7000 ərzaq yardımının 1500-ü isə kampaniyanın ilk günlərində müharibə dövründə zərərçəkən ailələrə göndərilib.
Bu kampaniya vasitəsilə sifariş edən hər kəs Azərbaycanda aztəminatlı ailələrə ərzaq yardımı edilib.