"Hərbiyyə" hərbi - vətənpərvərlik düşərgəsi

"ASAN Xidmət", Azərbaycan Respublikası Müdafiə Nazirliyi, "ASAN Könüllüləri" Gənclər Təşkilatı İctimai Birliyi və digər qurumlarla birgə əməkdaşlıq çərçivəsində "Hərbiyyə" hərbi-vətənpərvərlik düşərgəsində iştirakçılar müxtəlif peşəkar hərbi təlimlərə cəlb olunub, taktiki hazırlıq, qarovul, atəş, topoqrafiya, komandir hazırlığı və digər hərbi hazırlıqlarda iştirak ediblər. Bundan əlavə, "Hərbiyyə" hərbi-vətənpərvərlik düşərgəsinin əsas məqsədi, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti, eləcə də AXC tərəfindən ordu quruculuğu istiqamətində ilk qərarlardan olan Azərbaycan Milli Ordusunun yaranmasıyla bağlı iştirakçıları maarifləndirmək, Azərbaycan generallarının həyatı, ordu quruculuğundakı xidmətlərini təbliğ etmək, AXC dövründə məlum səbəblərdən tamamlanmamış ordu quruculuğu siyasətinin günümüzdə davamlı şəkildə təkmilləşdirilməsi, inkişaf etdirilməsi istiqamətində görülən işlərlə bağlı iştirakçıları məlumatlandırmaqdan ibarətdir. Eyni zamanda müxtəlif tarixi-mədəni ərazilərə ekskursiyalar təşkil olunub. Layihə ümumilikdə Qəbələ, Gədəbəy, Beyləqan regionlarında və Xəzər dənizində həyata keçirilib.

https://website-api.asanvolunteers.az/storage/168/37604979_1726830887371315_8517820312983699456_n.jpg
https://website-api.asanvolunteers.az/storage/170/37630465_1727090774011993_5470032604013002752_n.jpg
https://website-api.asanvolunteers.az/storage/172/37635081_1726831394037931_2929025622648815616_n.jpg
https://website-api.asanvolunteers.az/storage/174/37652753_1727090364012034_7894198530552627200_n.jpg
https://website-api.asanvolunteers.az/storage/176/69264653_2337603119627419_5236809059432136704_n.jpg
https://website-api.asanvolunteers.az/storage/178/69459073_2337604006293997_3030858249264955392_n.jpg
https://website-api.asanvolunteers.az/storage/180/69735524_2348762421844822_4057011711071223808_n.jpg