“ASAN Məktub” sosial proqramı

https://website-api.asanvolunteers.az/storage/1016/Səid-Babayev-(1).jpeg

Səid Babayev

Koodinator

Səid Valeh oğlu Babayev 2003-cü ildə Qobustan şəhərində anadan olub. 2020-ci ildə Qobustan şəhər Ağasəf Qayıblı adına 3 saylı tam orta məktəbi bitirib. Elə həmin ildə Bakı Mühəndislik Universitetinin İqtisadiyyat və İdaretmə fakultəsinə daxil olub. Hal-hazırda həmin universiteti bitirib. 30.08.2021-30.11.2021 tarixi aralığında 3 saylı Bakı “ASAN xidmət” Mərkəzində könüllü (master 1) fəaliyyəti göstərib. 01.04.2022-01.06.2022 tarixi aralığında Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində könüllü olaraq fəaliyyət göstərib. 09.06.2022-12.06.2022 tarixi aralığında “2022 Formula 1 Azərbaycan Qran Prisi-Ticketing Team” könüllü olaraq fəaliyyət göstərib. 27.07.2022-29.09.2022 tarixi aralığında 7 saylı Bakı “ASAN xidmət “ Mərkəzində “ASAN Könüllüləri” Təşkilatının nümayəndəsi olaraq fəaliyyət göstərib. 29.09.2022 tarixindən etibarən “ASAN Könüllüləri “ Təşkilatının əməkdaşı kimi fəaliyyət göstərir. 28.04.2023-30.04.2023 tarixi aralığında “2023 Formula 1 Azərbaycan Qran Prisi-Work Force Team” könüllü olaraq fəaliyyət göstərib.

https://website-api.asanvolunteers.az/storage/1018/Hacıağa-Musayev-(5saylı)-(1).jpg

Hacıağa Musayev

Əməkdaş

Hacıağa Araz oğlu Musayev 2003-cü ildə Moskva şəhərində anadan olub. 2020-ci ildə Mingəçevir şəhər Texniki Humanitar Liseyi bitirib. Elə həmin ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Kompüter Elmləri ixtisasına daxil olub. 2021-ci ilin Dekabr ayında “Kənd Təsərüfatı Nazirliyi” yanında İT şöbəsində təcrübə proqramında könüllü fəaliyyətinə başlayıb. 2022-ci ilin Fevral ayının 15-i 5 saylı Bakı “ASAN xidmət” mərkəzində master 1 könüllü fəaliyyətimə başlamış, 2022-ci ilin İyun ayının 10-u 5 saylı Bakı “ASAN xidmət” mərkəzində “İnsan Resursları” üzrə master 2 könüllü fəaliyyətinə başlamış, 2022-ci ilin Oktyabr ayının 10-u “ASAN Könüllüləri” Təşkilatının 5 saylı Bakı “ASAN xidmət” mərkəzi üzrə nümayəndəsi kimi fəaliyyət göstərməyə başlamışdır və hal-hazırda "ASAN Məktub" sosial proqramının əməkdaşıdır.

Səid Rüstəmli

Əməkdaş

Rüstəmli Səid Elsevər oğlu 2005 ci il 1 avqust tarixində Zərdab rayonun da anadan olub. Azərbaycanlıdır. 2011-ci ildə Zərdab rayon 1 saylı tam orta məktəbinə daxil olub ,2015 ci ildə Bakı şəhər 240 Nömrəli məktəbində təhsil almışdır. 2022 ci ildə orta təhsili bitirib. 2022 ci ildə Qərbi Kaspi Universitetinin Marketinq ixtisasına qəbul olmuşdur.