Səid Babayev
Səid Valeh oğlu Babayev 2003-cü ildə Qobustan şəhərində anadan olub. 2020-ci ildə
Qobustan şəhər Ağasəf Qayıblı adına 3 saylı tam orta məktəbi bitirib. Elə həmin ildə Bakı
Mühəndislik Universitetinin İqtisadiyyat və İdaretmə fakultəsinə daxil olub. Hal-hazırda həmin
universiteti bitirib.
30.08.2021-30.11.2021 tarixi aralığında 3 saylı Bakı “ASAN xidmət” Mərkəzində könüllü (master 1)
fəaliyyəti göstərib. 01.04.2022-01.06.2022 tarixi aralığında Prezident Administrasiyasının
Vətəndaş Qəbulu Mərkəzində könüllü olaraq fəaliyyət göstərib. 09.06.2022-12.06.2022 tarixi
aralığında “2022 Formula 1 Azərbaycan Qran Prisi-Ticketing Team” könüllü olaraq fəaliyyət
göstərib. 27.07.2022-29.09.2022 tarixi aralığında 7 saylı Bakı “ASAN xidmət “ Mərkəzində “ASAN
Könüllüləri” Təşkilatının nümayəndəsi olaraq fəaliyyət göstərib. 29.09.2022 tarixindən etibarən
“ASAN Könüllüləri “ Təşkilatının əməkdaşı kimi fəaliyyət göstərir. 28.04.2023-30.04.2023 tarixi
aralığında “2023 Formula 1 Azərbaycan Qran Prisi-Work Force Team” könüllü olaraq fəaliyyət
göstərib.