Beynəlxalq əlaqələr və Təşkilatlarla iş departamenti

https://website-api.asanvolunteers.az/storage/1006/Aysiman-Quliyeva-(1).jpg

Aysiman Quliyeva

Departament rəhbəri

Aysiman Quliyeva Ilqarovna 2003-cü ildə Rusiya Federasiyasının Nefteyuqansk şəhərində anadan olub. 2021-ci ildə Texniki-Humanitar liseyi bitirib. 2022-ci ildə ADA Universitetinin Maliyyə fakultəsinə daxil olub. 2021-cu ildə noyabr-dekabr aylarında "3 saylı Bakı ASAN Xidmət" mərləzində Master I pilləsində könüllülük fəaliyyətini göstərib. Elə həmin mərkəzdə 2022-ci ilin aprel-may aylarında “ASAN Könüllüləri” Təşkilatının mərkəz üzrə nümayəndə vəzifəsində könüllülük fəaliyyətini davam etdirib. 2022ci ilin iyun ayından etibarən ASAN Könüllüləri Təşkilatının Beynəlxalq əlaqələr və Təşkilatlarla iş departamentində əməkdaş olaraq fəaliyyət göstərir. 2022-ci ilin mart-okyabr aylarında Bakı Konqres Mərkəzində könüllü olaraq fəaliyyət göstərib. 2022-ci ilin may ayında Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı “Texnofest”-də könüllü vəzifəsində fəaliyyət göstərib.

https://website-api.asanvolunteers.az/storage/1007/Ülvi-Mirzəyev-(1).jpg

Ülvi Mirzəyev

Əməkdaş

Mirzəyev Ülvi Səməd oğlu 2005-ci ildə Baki şəhərində anadan olub. 2022-ci ildə Texniki Humanitar lisey №147 bitirib. Elə həmin ildə ADA Universitetinə komputer elmləri fakultəsinə daxil olub. 2022-ci ildə yanvar ayında 6 saylı ASAN Xidmət mərkəzində fəaliyyət göstərib. O ilin iyun-iyul aylarında Miqrasiya Könüllüsü İctimai Birliyi qurumunda fəaliyyət göstərib. Həmin ilin sentyabr ayından etibarən ASAN Könüllüləri Təşkilatının Layihələrin İdarəedilməsi departamentində əməkdaş olaraq fəaliyyət göstərir.

https://website-api.asanvolunteers.az/storage/1008/Ekran-görüntüsü-(30).png

Şirxan Aslanov

Əməkdaş

Şirxan Anar oğlu Aslanov 2004-cü ildə Bakı şəhərində anadan olub. 2021-ci ildə Bakı şəhəri,Binəqədi rayonu, 276 saylı tam orta məktəbi bitirib. Elə həmin ildə Azərbaycan Universitetinin Humanitar Fənlər fakultəsinin dövlət və ictimai münasibətlər ixtisasına daxil olub.Hal-hazırda 3-cü kurs tələbəsidir. 01.05.2022 tarixindən 23.06.2022 tarixinədək Bakı Şəhər Halqasında tədbirlər komandasında könüllü olub. 25.10.2022 tarixindən 25.12.2022 tarixinədək Azərbaycan Uşaqlar İctimai Birliyində könüllü olub.