Ülvi Mirzəyev
Mirzəyev Ülvi Səməd oğlu 2005-ci ildə Baki şəhərində anadan olub. 2022-ci ildə Texniki Humanitar lisey №147 bitirib. Elə həmin ildə ADA Universitetinə komputer elmləri fakultəsinə daxil olub.
2022-ci ildə yanvar ayında 6 saylı ASAN Xidmət mərkəzində fəaliyyət göstərib. O ilin iyun-iyul aylarında Miqrasiya Könüllüsü İctimai Birliyi qurumunda fəaliyyət göstərib. Həmin ilin sentyabr ayından etibarən ASAN Könüllüləri Təşkilatının Layihələrin İdarəedilməsi departamentində əməkdaş olaraq fəaliyyət göstərir.