İctimaiyyətlə əlaqələr departamenti
Selenay Rüstəmova
Departament rəhbəri
Selenay Rüstəmova Elşən qızı 2001-ci ildə Balakən rayonunda anadan olub. 2018-ci ildə N.Nərimanov adına Mahamalar kənd tam orta məktəbini bitirib. 2019-cu ildə Bakı Biznes və Kooperasiya kollecinin Mühasibat uçotu və Maliyyə fakultəsinə daxil olub. 2021-ci ildə fərqlənmə diplomu ilə oranı bitirib. Elə həmin ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Dövlət və Bələdiyyə idarəetmə ixtisasına daxil olub və hal-hazırda III kursda təhsil alıram. 2018-2021-ci illərdə təhsil aldığı kollecdə TGT sədri olaraq fəaliyyət göstərib. 2018-2022-ci illərdə Nərimanov Rayon Gənclər və İdman İdarəsində könüllü olaraq fəaliyyət göstərib və həmin illərdə “İlin fəal gənci” adına layiq görülüb. 2019-2022-ci illərdə Beynəlxalq Avrasiya Mətbuat Fondunda könüllü olaraq fəaliyyət göstərib. 2019-2021-ci illərdə “BİR” Tələbə-Könüllü proqramında könüllü olaraq fəaliyyət göstərib. 2020-2021-ci illərdə RİİBdə könüllü olaraq fəaliyyət göstərib. 2021-ci ildə 3 ay müddətində 1 saylı Bakı “ASAN xidmət” mərkəzində könüllü olaraq fəaliyyət göstərib. Elə həmin ildə “Zəfər” Yarmarkasında, Cırtdan Böyük Macəra şounda, YAŞAT Düşərgəsində könüllü olaraq fəaliyyət göstərib. 2022- ildə 4 ay müddətində 1 saylı Bakı “ASAN xidmət” mərkəzində “ASAN Könüllüləri” Təşkilatının nümayəndəsi olaraq fəaliyyət göstərib. Elə həmin ildə Cırtdan Baharın ad günü ailəvi meqa-şounda, TristarKidsAquatic triatlonda, TEKNOFEST Aerokosmik və texnologiya festivalında, YAŞAT Düşərgəsi 2-də, ASAN könüllülərinin yay festivalında könüllü olaraq fəaliyyət göstərib. 2022-ci ilin avqust ayından “ASAN Könüllüləri” Təşkilatında İctimaiyyətlə Əlaqələr Departamentində əməkdaş olaraq çalışır. Əməkdaş olduğu müddətdə Bakı Konqres Mərkəzində könüllü, Aktyorluq sənəti layihəsində, “ASAN Akademiya – Qarabağ” layihəsində, Könüldən Zəfərə Payız Məktəbində, “RECYCLATON” Təkrar emal üzrə hakatonda “Şuşa üçün yarat”da, “EnergyTech” hakatonunda təşkilatçı olaraq fəaliyyət göstərib.
Könül Məlikova
Əməkdaş
Könül Məlikova Telman qızı 2003-cü ildə Bakı şəhərində anadan olub. 2020-ci ildə Binəqədi rayonu 143 saylı orta məktəbi bitirib. Elə həmin ildə 596 balla Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və iqtisadiyyat fakultəsinin dövlət və ictimai münasibətlər ixtisasına daxil olub. Cari ildə həmin universitetdən məzun olub. 2022-ci ildə avqust-noyabr aylarında 1 saylı Bakı “ASAN xidmət” mərkəzində master 1 pilləsində könüllü olaraq fəaliyyət göstərib. 2023-cü il yanvar-iyun ayları ərzində “ASAN Könüllüləri” Təşkilatının 1 saylı Bakı “ASAN xidmət” mərkəzi üzrə nümayəndəsi olaraq fəaliyyət göstərib. Hazırda ictimaiyyətlə əlaqələr departamentinin əməkdaşı olaraq fəaliyyətinə davam edir.
Ülviyyə Məmmədzadə
Əməkdaş
Ülviyyə Məmmədzadə Mehman qızı 2003-cü ildə Bakı şəhərində anadan olub. 2021-ci ildə Nəsimi rayonu 5 saylı orta məktəbi bitirib. Elə həmin ildə Azərbaycan Dövlət İqtisad Universiteti dizayn fakultəsinə daxil olub. 2022-ci ilin 15 iyil tarixində 1 Saylı “ASAN xidmət” mərkəzində 3 aylıq könülüllük fəaliyyəti olub. 25 oktyabr "ASAN Könüllüləri" Təşkilatının 1 saylı Bakı "ASAN xidmət" mərkəzi üzrə nümayəndəsi kimi fəaliyyət göstərib. 1 martdan isə “ASAN Könüllüləri” Təşkilatında əməkdaş kimi fəaliyyət göstərir. Fəaliyyəti dövründə bir çox layihələrdə iştirak edib. Bunlara misal olaraq “Şuşa üçün yarat”, Dinamik gənclər həftəsi, SOCAR Tower də və Neft Emalı zavoduna ekskursiyanı göstərmək olar.