Könüllülərlə iş departamenti

https://website-api.asanvolunteers.az/storage/990/Ekran-görüntüsü-(26).png

Məhəmməd Məmmədov

Departament rəhbəri

Məhəmməd Məmmədov Naməddin oğlu 2003-cü ildə Bakı şəhərində anadan olub. 2020-ci ildə Xırdalan şəhəri 9 saylı tam orta məktəbini bitirib. Elə həmin ildə Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisadiyyat və idarəetmə fakültəsinin iqtisadiyyat ixtisasına daxil olub. 2021-ci ilin avqust ayının 30-u 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Master 1 pilləsində fəaliyyətə başlayıb. Həmin ilin oktyabr ayının 30-u fəaliyyətini bitirib. 2022-ci ilin yanvar ayının 1-i “ASAN Könüllüləri” Təşkilatının 3 saylı Bakı “ASAN xidmət” mərkəzi üzrə nümayəndəsi olaraq fəaliyyətinə göstərməyə başlayıb. Həmin ilin aprel ayının 1-i “ASAN Könüllüləri” Təşkilatında Könüllülərlə İş Departamentində fəaliyyət göstərməyə başlayıb.

https://website-api.asanvolunteers.az/storage/992/Ekran-görüntüsü-(27).png

Yaşar Şavruqov

Əməkdaş

Yaşar Şavruqov Anar oğlu 2003-cü ildə Bakı şəhərində anadan olub. 2021-ci ildə Biləsuvar rayonu Əsgərabad orta məktəbini bitirib. Elə həmin ildə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinə daxil olub. 2022-ci ilin mart ayının 15-i 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Master 1 pilləsində fəaliyyətə başlayıb. Həmin ilin iyun ayının 15-i fəaliyyətini bitirib. İyun ayının 16-sı “ASAN Könüllüləri” Təşkilatının 1 saylı Bakı “ASAN xidmət” mərkəzi üzrə nümayəndəlik fəaliyyətinə başlayıb. Həmin ilin Noyabr ayının 15-i “ASAN Könüllüləri” Təşkilatında Könüllülərlə İş Departamentində fəaliyyət göstərməyə başlayıb. Hal-hazırda həmin departamentdə mütəxəssis olaraq fəaliyyət göstərir.

https://website-api.asanvolunteers.az/storage/994/Ekran-görüntüsü-(34).png

Elnurə Hüseynzadə

Əməkdaş

Elnurə Rəşad qızı Hüseynzadə 2003-cü ildə Bakı şəhərində anadan olub. 2020-ci ildə Bakı şəhəri,Xətai rayonu,Rövşən Əliyev adına 254 saylı tam orta məktəbi bitirib. Elə həmin ildə Bakı Slavyan Universitetinin Təhsil fakultəsinin İbtidai sinif müəllimliyi ixtisasına daxil olub. 15.01.2022 tarixindən 15.04.2022 tarixinədək 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Master 1 pilləsi üzrə könüllü kimi fəaliyyət göstərib. 20.06.2022 tarixindən 20.10.2022 tarixinədək 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Master 2 təcrübə proqramında İnsan resursları və onların idarə edilməsi şöbəsində könüllü kimi fəaliyyət göstərib. 01.11.2022 tarixindən 01.03.2023 tarixinədək 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Master 2 təcrübə proqramında Hüquqşünaslıq üzrə könüllü kimi fəaliyyət göstərib. Daha sonra "ASAN Könüllüləri" Təşkilatının 6 saylı Bakı "ASAN xidmət" mərkəzi üzrə nümayəndəsi kimi fəaliyyət göstərib. Hal-hazırda "Könüllülərlə iş" departamentinin əməkdaşı olaraq fəaliyyət göstərir.

https://website-api.asanvolunteers.az/storage/996/441058321_767496332197378_8665122363231569156_n.jpg

Sevinc Məmmədova

Əməkdaş

Məmmədova Sevinc Nəcib qızı 2005 ci il 19 may tarixində Lerik rayonu Monidigah kəndində anadan olub. 2011-ci ildə Bakı şəhərində 326 nömrəli tan orta məktəbə daxil olub, 2020 ci ildə 149 nömrəli tam orta məktəbdə təhsilini davam etdirib. 2022 ci ildə orta təhsilini uğurla başa vurub. 2022 ci ildə Bakı Slavyan Universitetində Humanitar və Sosial Elmlər fakultəsi Xəzərsahili ölkələr üzrə regionşünaslıq ixtisasına qəbul olub.