Elnurə Hüseynzadə

Elnurə Rəşad qızı Hüseynzadə 2003-cü ildə Bakı şəhərində anadan olub. 2020-ci ildə Bakı şəhəri,Xətai rayonu,Rövşən Əliyev adına 254 saylı tam orta məktəbi bitirib. Elə həmin ildə Bakı Slavyan Universitetinin Təhsil fakultəsinin İbtidai sinif müəllimliyi ixtisasına daxil olub. 15.01.2022 tarixindən 15.04.2022 tarixinədək 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Master 1 pilləsi üzrə könüllü kimi fəaliyyət göstərib. 20.06.2022 tarixindən 20.10.2022 tarixinədək 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Master 2 təcrübə proqramında İnsan resursları və onların idarə edilməsi şöbəsində könüllü kimi fəaliyyət göstərib. 01.11.2022 tarixindən 01.03.2023 tarixinədək 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Master 2 təcrübə proqramında Hüquqşünaslıq üzrə könüllü kimi fəaliyyət göstərib. Daha sonra "ASAN Könüllüləri" Təşkilatının 6 saylı Bakı "ASAN xidmət" mərkəzi üzrə nümayəndəsi kimi fəaliyyət göstərib. Hal-hazırda "Könüllülərlə iş" departamentinin əməkdaşı olaraq fəaliyyət göstərir.
https://website-api.asanvolunteers.az/storage/994/Ekran-görüntüsü-(34).png