Məhəmməd Məmmədov
Məhəmməd Məmmədov Naməddin oğlu 2003-cü ildə Bakı şəhərində anadan olub. 2020-ci ildə Xırdalan şəhəri 9 saylı tam orta məktəbini bitirib. Elə həmin ildə Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisadiyyat və idarəetmə fakültəsinin iqtisadiyyat ixtisasına daxil olub.
2021-ci ilin avqust ayının 30-u 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Master 1 pilləsində fəaliyyətə başlayıb. Həmin ilin oktyabr ayının 30-u fəaliyyətini bitirib. 2022-ci ilin yanvar ayının 1-i “ASAN Könüllüləri” Təşkilatının 3 saylı Bakı “ASAN xidmət” mərkəzi üzrə nümayəndəsi olaraq fəaliyyətinə göstərməyə başlayıb. Həmin ilin aprel ayının 1-i “ASAN Könüllüləri” Təşkilatında Könüllülərlə İş Departamentində fəaliyyət göstərməyə başlayıb.