Yaşar Şavruqov
Yaşar Şavruqov Anar oğlu 2003-cü ildə Bakı şəhərində anadan olub. 2021-ci ildə Biləsuvar rayonu Əsgərabad orta məktəbini bitirib. Elə həmin ildə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinə daxil olub.
2022-ci ilin mart ayının 15-i 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Master 1 pilləsində fəaliyyətə başlayıb. Həmin ilin iyun ayının 15-i fəaliyyətini bitirib. İyun ayının 16-sı “ASAN Könüllüləri” Təşkilatının 1 saylı Bakı “ASAN xidmət” mərkəzi üzrə nümayəndəlik fəaliyyətinə başlayıb. Həmin ilin Noyabr ayının 15-i “ASAN Könüllüləri” Təşkilatında Könüllülərlə İş Departamentində fəaliyyət göstərməyə başlayıb. Hal-hazırda həmin departamentdə mütəxəssis olaraq fəaliyyət göstərir.