Layihələrin idarəedilməsi departamenti

https://website-api.asanvolunteers.az/storage/1002/Elmir-Məmmədov-(1).jpg

Elmir Məmmədov

Əməkdaş

Elmir Məmmədov Fazil oğlu 03.04.2004-cü ildə Tovuz rayonunda anadan olub. 2021-ci ildə Məmmədli kənd tam orta məktəbini bitirib. Elə həmin ildə Bakı Avrasiya Universitetinin regionşünaslıq və iqtisadiyyat fakültəsinə daxil olub. 5 saylı Bakı “ASAN xidmət” mərkəzində master 1 pilləsi üzrə könüllü, "ASAN Könüllülər" Təşkilatı nümayəndəlik fəaliyyəti, “DOST” könüllü fəaliyyəti, Marafon supervisor fəaliyyəti, İrəli İB "Essenetials of social work" layihəsi iştirakçısı, CAVAN "Məhəllə-məhəllǝyǝ" iştirakçısı olub.

https://website-api.asanvolunteers.az/storage/1004/445066565_773674031579608_6270919957418954292_n.jpg

Leyla Xudiyeva

Əməkdaş

Leyla Elşən qızı Xudiyeva 2005-ci il iyunun 7-də Bakı şəhərində anadan olub. 2011-ci ilin sentyabrında Bakı Zəngi Liseyinə qəbul olaraq 1 və 2-ci siniflərdə orda təhsil alıb. Daha sonra Gəncə şəhəri 5 saylı tam orta məktəbində 3 və 4-cü sinifləri, Gəncə şəhəri M. Mehdizadə adına 4 saylı tam orta məktəbdə 5, 6, 7-ci sinifləri, Bakı şəhəri R. Əliyev adına 3 saylı tam orta məktəbdə 8-ci sinfi başa vurub. Son olaraq 9-cu sinifdə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinə qəbul olaraq 9, 10, 11-ci sinifləri orda oxumuş və 2022-ci il iyun ayında məzun olub. 2022-ci il iyulun 5-də ADA Universitetinin İnformasiya Texnologiyaları ixtisasına qəbul olub və hal hazırda 2-ci kurs tələbəsidir. Könüllülük fəaliyyətinə 2023-cü il aprelin 29-u və 30-u Bakı Şəhər Halqasının təşkil etdiyi Formula 1 yarışlarında başlayıb. 26-31 may tarixlərində Bakı Şəhər Halqası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutan “Sağlam Həyat Günləri” layihəsində könüllü olub. Daha sonra, iyun ayının 3-ü və 4-ü Pirallahı adasında keçirilən IronWind Triatlon Beynəlxalq yarışında könüllü fəaliyyəti göstərib. İyun ayının 5-dən 30-na qədər Bakı Şəhər Halqasının ofisində ofis könüllüsü olaraq fəaliyyət göstərmiş, pre-interview, çağrı mərkəzində və s. kimi təcrübələr qazanıb. Bu müddətdə, iyun ayının 26-dan 29-na qədər, 4 gün boyunca Bakı Konqres Mərkəzində keçirilən UNESCO-nun beynəlxalq 7-ci MINEPS Bakı 2023 konfransında könüllü olub. 1 iyul 2023-cü il tarixində isə 2 saylı Bakı “ASAN xidmət” mərkəzində Master 1 könüllüsü olaraq fəaliyyətə başlayıb. 1 sentyabr 2023-cü il tarixində 2 saylı Bakı “ASAN xidmət” mərkəzində könüllü fəaliyyətini bitirib. 1 sentyabr 2023-cü il tarixində “ASAN Könüllüləri” Təşkilatının 2 saylı Bakı “ASAN xidmət” mərkəzi üzrə nümayəndəliyinə başlayıb. Hal-hazırda fəaliyyətini "Layihələrin idarəedilməsi" departamentində davam etdirir.

Nərmin Əzimzadə

Əməkdaş

Nərmin Kənan qızı Əzimzadə 2005-ci il iyunun 21-də Bakı şəhərində anadan olub. 2011-ci ilin sentyabrında 55 nömrəli tam orta məktəbə qəbul olaraq 11 il orda təhsil alıb. 2022-ci il iyulun 7-də ADA Universitetinin Biznesin İdarə Edilməsi ixtisasına qəbul olub və hal hazırda 2-ci kurs tələbəsidir. İş həyatıma 1 mart 2023-cü il tarixində “Star Colleges” hazırlıq kurslarında speaking və listening dərslərini tədris edərək başlayıb. 6 ayın sonunda, 1 sentyabr 2023-cü il tarixində fəaliyyətini dayandırıb. Könüllülük fəaliyyətinə 1 oktyabr 2023-cü il tarixində 2 saylı Bakı “ASAN xidmət” mərkəzində Master 1 könüllüsü olaraq başlayıb. 1 dekabr 2023-cü il tarixində 2 saylı Bakı “ASAN xidmət” mərkəzində könüllü fəaliyyətini bitirib. 1 yanvar 2023-cü il tarixində “ASAN Könüllüləri” Təşkilatının 2 saylı Bakı “ASAN xidmət” mərkəzi üzrə nümayəndəliyinə başlayıb. Hal-hazırda layihələrin idarəedilməsi departamentində fəaliyyətini davam etdirir.