Nərmin Əzimzadə
Nərmin Kənan qızı Əzimzadə 2005-ci il iyunun 21-də Bakı şəhərində anadan olub. 2011-ci ilin sentyabrında 55 nömrəli tam orta məktəbə qəbul olaraq 11 il orda təhsil alıb. 2022-ci il iyulun 7-də ADA Universitetinin Biznesin İdarə Edilməsi ixtisasına qəbul olub və hal hazırda 2-ci kurs tələbəsidir.
İş həyatıma 1 mart 2023-cü il tarixində “Star Colleges” hazırlıq kurslarında speaking və listening dərslərini tədris edərək başlayıb. 6 ayın sonunda, 1 sentyabr 2023-cü il tarixində fəaliyyətini dayandırıb.
Könüllülük fəaliyyətinə 1 oktyabr 2023-cü il tarixində 2 saylı Bakı “ASAN xidmət” mərkəzində Master 1 könüllüsü olaraq başlayıb. 1 dekabr 2023-cü il tarixində 2 saylı Bakı “ASAN xidmət” mərkəzində könüllü fəaliyyətini bitirib. 1 yanvar 2023-cü il tarixində “ASAN Könüllüləri” Təşkilatının 2 saylı Bakı “ASAN xidmət” mərkəzi üzrə nümayəndəliyinə başlayıb. Hal-hazırda layihələrin idarəedilməsi departamentində fəaliyyətini davam etdirir.