Sədr müavini
Ayşən Camalzadə
Sədr müavini
Ayşən Camalzadə könüllülük fəaliyyətinə 2019-cu ildən Bərdə regional “ASAN xidmət" mərkəzində başlayıb, daha sonra "ASAN Könüllüləri" Təşkilatının Layihələrin idarəedilməsi departametinin əməkdaşı olaraq fəaliyyətini davam etdirib. Bu dövr ərzində könüllülərin inkişafı üçün bir çox təşəbbüslərin müəllifi olub, eyni zamanda 2022-ci il ərzində könüllü fəaliyyəti sahəsində xüsusi fərqləndiyinə görə "Dövlət qurumlarında Könüllülük" nominasiyası üzrə "İlin Könüllüsü" adına layiq görülüb. O, beynəlxalq layihə və forumlarda iştirak edərək ölkəmizi və təşkilatı beynəlxalq arenada təmsil edib. Qeyd edək ki, Ayşən Camalzadə "ASAN Könüllüləri" Təşkilatının Layihələrin idarəedilməsi departamentinin rəhbəri vəzifəsində çalışıb. Hazırda isə "ASAN Könüllüləri" Təşkilatının sədr müavini olaraq fəaliyyətini davam etdirir. İngilis və rus dillərini bilir.